Bənd 1
Ey gözəl, zülfün
Ruhumun səcdə yeri
İncə belin, bəmbəyaz dərin
Dəlir qəlbimi mənim
Nəqərat
Günahlarım baş alıb gedir
Sənin cəhənnəmində yanmaq üçün
Mənim dalğalarım aşıb daşır
Sənin qayalarına çatmaq üçün
Mənim günahlarım baş alıb gedir
Sənin cəhənnəmində yanmaq üçün
Mənim dalğalarım aşıb daşır
Sənin qayalarına çatmaq üçün
Bənd 2
Dodaqların - qapıları cənnətin
Cisminin tənha nöqtələri
Kəsir nəfəsimi mənim
Nəqərat
Ulduzlarım yanıb sönür
Sənin səmalarında yatmaq üçün
Mənim qanadlarım çırpınır daim
Sənin buludlarına çatmaq üçün
Mənim ulduzlarım yanıb sönür
Sənin gecələrində yatmaq üçün
Mənim qanadlarım çırpınır daim
Sənin buludlarına toxunmaq üçün